İrəvanda azərbaycanlı toyu: tanınmış müğənnimiz… – VİDEO

İnternetdə 1980-cı ildə sovet Ermənistanın paytaxtı İrəvanda keçirilmiş toy mərasiminin görüntüləri maraqla izlənib.

Globalinfo.az Azpost.info-ya istinadən xəbərverir ki, azərbaycanlılara məxsus toy o dövrün kino kamerası ilə çəkilib. Kadrlarda maşın karvanının İrəvanın Teatr meydanında dövrə vurduğu, bəy və gəlinin “Qaz-24” avtomobilindən düşərək xatirə lövhəsi qarşısında çiçək dəstəsi qoyması əks olunub.

Daha sonra toy şadlıq evində davam edir. Toy mərasiminin o zaman populyar olan müğənni Nizami İsmayılovun idarə etdiyi görünür.

Kadrlarda əks olunan insanların sovet həyat tərzi maraq doğurur.

8 il sonra -1988-ci ildə Teatr meydanında toplanmış ermənilər “Qarabağ” deyə bağırırdılar.

1988-ci ilin dekabrında Ermənistanda yaşayan azərbaycanlılar zorla öz yurdlarından deportasiya olundular.

Uzun və qanlı Qarabağ münaqişəsi başlandı.