Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində cinayətkar aləmdə Yusif, Yuska və Şamxorski ləqəbləri ilə tanınan 54 yaşlı “qanuni oğru” Yusif Əliyev polis tərəfindən saxlanılıb.
Globalinfo.az bildirir ki, Ölkə.az Y.Əliyevlə bağlı məlumatlar əldə edib.
18 ildir beynəlxalq axtarışda olan kriminal avtoritet iyunun 9-u səhər saatlarında Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı Baş İdarəsinin əməkdaşları tərəfindən Sankt-Peterburqda, Makarova sahilində yerləşən evlərdən birində saxlanılıb.
Nəşrin yazdığına görə, Əliyev Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq və iki cinayət əməli törətməkdə ittiham olunur. Onun qurbanlarından biri polis əməkdaşı olub.
Axtarışda olduğu müddətdə Yuska Kamçi, Suxoç, Qiya Sverdlovski, Vadik Krasnodarski, Zuza və Seryoqa Asatryanla birlikdə “tacqoyma” mərasimindən keçib.
Nəşr qeyd edib ki, o, rəqib Oniani-Canqveladze klanının tərəfdarlarının Piroqov toplantısına Ded Xasanın cavabı olaraq, Yaponçikin iştirakı ilə “oğru” statusu alıb.
Polis əməkdaşlarının suallarını cavablandıran Yusif Əliyev özü barədə şəxsi məlumatları açıqlasa da, oğrular kastasına mənsubiyyəti ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
O, uzun müddət Belarusda yaşadığını bildirib.