Erməni ordusu sərhəddə aktivləşdi – Hücumun səbəbi

“Ermənistanın Kəlbəcərə kəşfiyyat-diversiya qrupu göndərməsinin BMT Təhlükəsizlik Şurasının iclasına hesablandığı aydındır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, İrəvan 4 aydır BMT TŞ-də Azərbaycana qarşı qərarın qəbul olunmasına hazırlaşır, lakin hüquqi və siyasi səbəblərə görə bunun çətin olduğunu anlayır:

“Qarabağın Azərbaycan ərazisi kimi tanınması onların işini çətinləşdirir. Bu kontekstdə Azərbaycanı “hücum edən”, “təcavüzkar” tərəf kimi göstərmək üçün onlara sərhəddə toqquşma lazımdır. İstisna deyil ki, diversiya qrupunun hədəfi də hərbi toqquşmaya zəmin yaratmaq olub.

Qaqik Voskanyanın təxribat törədərkən hərbçilərimiz tərəfindən saxlanılması BMT TŞ-də Bakının əlini gücləndirən arqumentlərdən olacaq. Ermənistan “ova gedərkən, ovlanmaq” vəziyyətinə düşdü. Bu, planın birinci hissəsidir, ikinci hissəsinin Qarabağda olacağı istisna deyil”.

Zaira Akifqızı
Globalinfo.az