ABŞ-da 15 yaşlı yeniyetmə 100 il müddətinə azadlıqdan məhrum edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
“2025-ci ilin fevral ayında 15 yaşlı Comani Larri İndiana ştatının Anderson şəhərindəki bir gecə klubunun qarşısında 26 yaşlı Dayla Sveyni güllələyərək öldürüb. Başqa bir qadın da yaralanıb, üçüncü qadın isə hadisə yerindən qaçmağa çalışan avtomobil tərəfindən vurulub.
Müstəntiqlərin sözlərinə görə, Sveyn başqa bir qətlin şahidini öldürmək cəhdi zamanı güllələnib. Larri Sveynin qətlinə görə 50 il, dəstə üzvülüyünə görə isə 50 il həbs cəzası alıb.
Larrinin cinayət ortaqları, 19 yaşlı Raşan Samuels və Kayri Kreyver müvafiq olaraq 125 və 90 il həbs cəzasına məhkum ediliblər. Onların cəzalarının yarısı qətl, digər yarısı isə dəstə üzvülüyünə görə olacaq”- deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az