15 yaşlı oğlan bələdiyyə binasının damından yıxılaraq öldü

Goranboyda bədbəxt hadisə baş verib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Göyçay rayon sakini 2008-ci il təvəllüdlü Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. 15 yaşlı oğlan hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.