Ermənistan Qarabağla bağlı bu sözdən imtina etdi – Qadağa

Ermənistanın Ətraf Mühit Nazirliyinin tabeliyində olan Hidrometeorologiya və Monitorinq Mərkəzinin saytında dərc olunan hava proqnozlarında qondarma rejimə qoyulmuş “artsax” toponimi “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzlənib.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev yazıb.

O, qərarın bir neçə gün öncə verildiyini bildirib.

Qeyd edək ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Rəsmi İrəvan tezliklə bu keçmiş toponimdən də imtina etmək məcburiyyətində qalacaq.

Zaira Akifqızı
Globalinfo.az