100 min avrodan artıq pul yola səpələndi – VİDEO

İstanbulda 100 min avrodan artıq vəsait yola səpələnib.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Beylikdüzü rayonunda qeydə alınıb.

Belə ki, valyutadəyişmə məntəqəsinin kuryeri hərəkətdə olarkən paltosunda saxladığı 150 min avronu (təxminən 272 min manatı) yerə salıb.

Nəticədə ətrafdakı insanlar havada uçan pulları yığaraq gözdən itiblər.

Kuryer yalnız 65 min avro pul toplaya bilib.