WhatsApp Image 2026 04 16 at 11.38.34

10–11-ci sinif şagirdlərini əhatə edən yeni təmayül tədris modeli ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə imkan yaradacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeni modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan, məktəbdə təşkil olunan gücləndirilmiş tədris vasitəsilə ali məktəblərə qəbul üçün tələb olunan bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeyd olunub ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, ali təhsilə hazırlıq prosesinin isə daha sistemli şəkildə təşkilinə xidmət edir. Proqram üzrə qəbulda 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Agentliyin məlumatına görə, model çərçivəsində akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti formalaşdırılacaq, abituriyent hazırlığı ödənişsiz və sistemli şəkildə təşkil olunacaq. Eyni zamanda şagirdlər üçün aylıq sınaq imtahanları keçiriləcək, yaradıcılıq, liderlik və sosial bacarıqların inkişafına imkan yaradan dərnəklər fəaliyyət göstərəcək.

Ətraflı məlumat almaq istəyən vətəndaşlara aidiyyəti regional təhsil idarələrinə müraciət etmələri tövsiyə olunur.

Paylaş: