Ərəb ölkəsindən Ukrayna həmləsi: Qərbi toplayır

Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirmək niyyətindədir.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, avqustun 5-dən 6-dək Ciddədə keçiriləcək görüşə 30 ölkədən yüksək səviyyəli rəsmilər iştirak edəcək.