Ərdoğan Sisi ilə görüşdü: Qəzza müzakirə edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtə Ərd-Riyadda keçirilib.

Görüş zamanı Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Türkiyə Prezidenti İsrailin Qəzzada günahsız dinc sakinlərə qarşı insan haqlarını pozmasının beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasının vacibliyini vurğulayıb.