Ərdoğan Qəzzaya dəstək mitinqinə helikopterlə getdi – VİDEO

Türkiyənin İstanbul şəhərində Qəzzaya dəstək mitinqi başlayıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Məlumata görə, keçmiş Atatürk Beynəlxalq Hava Limanı ərazisində olan nümayişə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan helikopterlə gedib.

Tədbirin təhlükəsizliyini minlərlə polis əməkdaşı və könüllülər təmin edirlər.

Mitinqə Türkiyənin 39 vilayətindən vətəndaşların avtobuslarla İstanbula daşınması təşkil edilib. Bununla bağlı ictimai nəqliyyatın fəaliyyətində düzəlişlər edilib, hava limanına bitişik yollar bağlanıb, şəxsi nəqliyyat üçün müvəqqəti marşrut xətləri yaradılıb. İstanbul hökuməti aksiya ərazisinə gedənlər üçün ictimai nəqliyyatı pulsuz edib.