Ərdoğan Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, Özbəksitanın Səmərqənd şəhərində R.T.Ərdoğanla V.Putin arasında görüş olacaq. Agentliyin xəbərinə görə, dövlət başçıları bir sıra məsələlərlə yanaşı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti də müzakirə edəcəklər.

Qeyd edək ki, sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. Həmin toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanda iştirak edəcək.