Ərdoğan açıqladı: İran Prezidenti Türkiyəyə gəlir

İran Prezidenti İbarhim Rəisi noyabrın 28-də Türkiyəyə səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Səfər zamanı bir sıra məsələlərin müzakirə ediləcəyi, əsas mövzunun Qəzza zolağındakı vəziyyət olduğu bildirilib.

Ərdoğam həmçinin vəziyyətlə bağlı noybarın 17-də Almaniyaya, 21-də isə Əlcəzairə səfər edəcəyini deyib. Türkiyə Prezidenti Əlcəzirə səfərinin onun üçün çox vacib olduğunu bildirib.

Ərdoğan həmçinin Qəzza məsələsində İranla əməkdaşlığın mümkün olacağını deyib.