Əhmədinejada sui-qəsd cəhdi edildi – FOTO

İranın keçmiş prezidentinə sui-qəsd edilib.

Globalinfo.az news24.az-a istinadən xəbər verir ki, İranın sabiq prezidenti Mamhud Əhmədinejada aid edilən “Dolət-e Bahar” Teleqram kanalı ona qarşı sui-qəsd cəhdinin edildiyini bildirib.

Məlumata görə, Əhmədinejadın ofisi hərbi və təhlükəsizlik orqanlarına ona qarşı edilən sui-qəsd barədə məktub göndərib və lazımi tədbirlərin görülməsinə çağırış edib.

Məktubun məzmununa görə, son günlər müşahidə edilən addımlar açıq şəkildə keçmiş prezidentə qarşı mütəşəkkil qaydada sui-qəsd cəhdindən xəbər verir.