zori

Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı, ictimai xadim Zori Balayan 91 yaşında vəfat edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Xatırladaq ki, Balayan 1980-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşıb. Kitabda o, tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib.

Balayan həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.

Terrorçu 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi olub. Bununla əlaqədar, Azərbaycanda ona qarşı cinayət işi açılmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: