Zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Dünya Bankı zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanın 34,2 milyard dollar təşkil etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, təşkilat bu rəqəmin sonrakı təkanlar səbəbindən arta biləcəyini vurğulayıb.

“Fevralın 6-da baş verən iki çox güclü zəlzələ Türkiyəyə 34,2 milyard dollarlıq birbaşa fiziki ziyan vurub ki, bu da 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir. bu rəqəm sonrakı təkanlar səbəbindən arta bilər”, – deyə məlumatda qeyd olunub.