Hollandiyanın Baş naziri Rob Yetten Rusiyadan enerji resurslarının alınması ideyasını “çox axmaq fikir” adlandırıb.
Globalinfo.az xəbər verir ki, o, yaxın illərdə Avropa ölkələrinin liderlərinin Rusiyadan qaz almaq niyyətində olacağına inanmadığını bildirib.
Hökumət başçısının sözlərinə görə, Avropa Rusiyanın enerji resurslarından asılılığı azaltmaq istiqamətində siyasətini davam etdirməlidir.
O, Rusiyadan qaz tədarükünün bərpasının Avropa üçün məqsədəuyğun olmadığını düşünür.
Qeyd edək ki, son illərdə Avropa ölkələri Rusiyanın enerji resurslarından asılılığı azaltmaq, alternativ təchizat mənbələrini genişləndirmək və enerji təhlükəsizliyini gücləndirmək istiqamətində addımlar atıblar.
Tahir Turan