ukrayna

Macarıstan ölkənin sabiq baş naziri Viktor Orbanın dövründə müsadirə edilən pulları və qızılları Ukraynaya qaytarıb.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir  Zelenski deyib.

Ukrayna lideri rəsmi Budapeştə konstruktiv və mədəni addıma görə təşəkkür edib.

Xatırladaq ki, fevral ayında Viktor Orban və Volodimir Zelenski arasında Rusiya neftinin tədarükünün pozulması ilə bağlı ciddi münaqişə yaranıb. Lakin Orbanının seçkilərdə məğlub olması və Madyarın hakimiyyətə gəlməsi ilə münasibətlərin normallaşması istiqamətində addımlar atılıb. Bundan sonra “Drujba” boru kəməri vasitəsilə neft tədarükü bərpa edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: