Zelenski səfiri bu sözünə görə işdən çıxardı – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müvafiq Fərman Ukrayna Prezidentinin saytında dərc edilib.

Bildirilir ki, buna səbəb bir müddət əvvəl Pristaykonun Zelenskinin Böyük Britaniya müdafiə naziri Ben Uollasla bağlı fikirlərini “qeyri-sağlam sarkaz” adlandırması olub. Belə ki, Uolles deyib ki, Ukrayna Qərbin köməyinə görə daha çox minnətdarlığını bildirməlidir. Zelenski isə cavab olaraq qeyd edib ki, ən azı hər səhər hərbi yardıma görə nazirə təşəkkür edə bilər.

Daha sonra Ukrayna dövlət başçısının açıqlamasını şərh edən Pristayko bildirib ki, Ukrayna ilə NATO arasında olan fikir ayrılıqlarını sarkazmla “ruslara göstərməyə” dəyməz.

zelenski-sefiri-bu-aciqlamasina-gore-vezifesinden-azad-etdi