Zelenski sabah Rusiya ilə danışıqlara başlamağa hazırdır – Şərti açıqladı

Kiyev sabah Moskva ilə sülh danışıqlarına başlamağa hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında bildirib.

Ukrayna lideri danışıqlar üçün bir şərtin yerinə yetirilməsinin tələb olunduğunu qeyd edib.

“Bu şərt odur ki, Rusiya Federasiyası ölkənin ərazi bütövlüyünə hörmət etməlidir”, – deyə Zelenski qeyd edib.