Zelenski Putinlə danışıqlara gəlir? – Kiyevdən açıqlama

“Zelenski heç vaxt Putinlə danışıqlar masası arxasında oturmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba danışıb.

O qeyd edib ki, məqsədə müharibə və diplomatiyanın birləşməsi nəticəsində nail olmaq mümkündür:

“Ukrayna generalları Rusiya qüvvələrini geri çəkilməyə məcbur etməli, həmin vaxt mümkün olan kimi XİN dialoqla məşğul olmalıdır”.

Ukraynanın əks-hücumunun uğursuzluqla nəticələnəcəyi halda 2023-cü ilin sonuna qədər Rusiya ilə danışıqlar ehtimalını qiymətləndirən XİN rəhbəri bunları deyib:

“Bizə aydındır ki, heç vaxt Putin və Zelenskini eyni masa arxasında görməyəcəyik”.