“Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün mümkünlüyünü istisna etmir. Lakin buna yaxşı hazırlaşmaq lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Avqustun 28-də Almaniya kansleri Fridrix Merz Putinlə Zelenski arasında görüş olmayacağını açıqlayıb.
Öz növbəsində, “Politiko” qəzeti yazıb ki, sözügedən görüşlə bağlı ehtimal azdır, çünki bu, Zelenskiyə siyasi legitimlik verəcək.
Əliyar Xəlil
Globalinfo.az