“Zelenski mühakimə olunmalıdır, əks halda Ukrayna dövləti…” – Medvedev

rusya dmitry medvedev 1

“Zelenski mühakimə olunmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, Rusiya ona qarşı müharibə aparan ölkələrin liderlərini, o cümlədən Zelenskini legitim hərbi hədəf  hesab edir.

“Zelenski Ukraynada hakimiyyəti qəsb edib. Kiyevin qanunların manipulyasiyası yolu ilə prezident seçkilərini ləğv etməsi Ukrayna dövlətinin məhv olması deməkdir. Zelenski Zalujnı və Poroşenko ilə rəqabətdən qorxurdu. Çünki onların daha çox kozırları var. Rusiya ilə sülh qərarını Zelenski deyil, ABŞ başda olmaqla Qərb verəcək. Ancaq hər bir halda Ukraynanın Rusiyanı məğlub etmək şansı yoxdur”, – deyə Medvedev vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az