Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin (AFU) Donbasdan çıxarılmasını qəti şəkildə rədd edib.
Globalinfo.az xəbər verir ki, o, heç bir halda ərazilərdən imtina etməyəcəklərini deyib.
Açıqlama Rusiya Prezidenti Vladimir Putinin əvvəlki bəyanatlarına cavab xarakteri daşıyır. Putin qeyd etmişdi ki, Moskva Kiyevə Ukraynanın cənub-şərqindən qoşunlarını çıxarmağı təklif edib, lakin bu təklif qəbul edilməyib.
Rusiya lideri həmçinin cəbhədə Ukrayna qoşunlarının döyüş hazırlığının kritik həddə çatdığını vurğulayıb.
Zelenski Ukrayna ərazilərinin qorunmasına dair mövqeyini yenidən təsdiqləyərək, Donbasın geri çəkilməsinin mümkün olmadığını açıq şəkildə bəyan edib.
Tahir Turan
Globalinfo.az