zaxarova 2 900x605 2

“Ukraynada neonasist meyllərinin güclənməsi və Kiyev hakimiyyətinin nasistlərlə əməkdaşlıq etmiş şəxsləri fəal şəkildə qəhrəmanlaşdırması Polşanın səbir kasasını daşırıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat hesab edir ki, Kiyev və Varşava arasında gərginlik bundan sonra da artacaq.

Zaxarovanın fikrincə, bu münaqişə yalnız ümumi nifrət – bu halda rusofobiya və neonasist meyllərin dəstəklənməsi üzərində qurulan “dostluğun” nə qədər kövrək və illüziya olduğunu göstərir:

“Ukrayna və Polşa öz timsalında Avropaya və Qərbə bu cür ittifaqların dayanıqsızlığını nümayiş etdirir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: