zaxarova 1 900x506 1

Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istədiyini açıqlayan Fransa Prezidenti Emmanuel Makron hələlik yalnız sözlə kifayətlənib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bunu fransalı həmkarlarımızla tez-tez yaşayırıq. İndi də məsələ sözdən kənara çıxmayıb. Hesab edirəm ki, Makron Putinlə danışıqlar aparmaq istəmir. O, sadəcə Ukrayna danışıqlar prosesində öz tələblərini səsləndirmək niyyətindədir. Lakin Kreml Parislə yüksək səviyyəli əlaqələrdən imtina etmir. Dialoqdan imtina Moskvanın deyil, Fransa rəhbərliyinin seçimi olub”, – deyə o bildirib.

Qeyd edək ki,  3 fevralda Makron Putinlə texniki səviyyədə təmaslar üçün hazırlıqların aparıldığını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: