“ABŞ Ermənistanla əldə etdiyi razılaşmalardan vaxt gələndə asanlıqla imtina edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
“Vaşinqtonun maraqları dəyişəndə və ya prioritetləri fərqli istiqamətə yönələndə, o, əldə olunmuş razılaşmalardan heç bir çətinlik çəkmədən imtina edəcək”, – deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, Ermənistan və ABŞ mayın sonunda iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyası rəsmiləşdiriblər.
Tərəflər həmçinin nadir faydalı qazıntıların tədarükü, hasilatı və emalı ilə bağlı sazişlər, eləcə də “TRİPP” layihəsi çərçivəsində strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.
Əliyar Xəlil
Globalinfo.az