Zaur və Günaydan sevənlərinə pis xəbər

Zaur Baxşəliyev “Zaurla Günaydın” verilişini bağlamaq barədə düşünür.

Globalinfo.az Metbuat.az-a istinadən xəbər verir ki, aparıcı artıq bu proqramı aparmaq istəmədiyini açıqlayıb.

Zaur qeyd edib ki, həyat yoldaşı övladları ilə verilişi davam etdirə bilərlər, amma o artıq konkret qərar qəbul edib. Aparıcı əlavə olaraq bildirib ki, hətta “Bizimləsən” verilişi haqqında da bu qərarı verə bilər.

Xatırladaq ki, hər iki proqram ATV kanalına yayımlanır.