Zaur Kamal nazirliyin qarşısındakı yolu niyə kəsməsindən danışdı – VİDEO

Mediada tanınmış aparıcı Zaur Kamalın qayda pozduğu iddia edilən video paylaşılıb.

Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Zaur Kamal Manset.az-a açıqlamasında görüntülərin keçən il çəkildiyini bildirib:

“Bu çoxdan olan hadisədir. Maşının arxa təkərində problem var idi, ona görə avtomobili saxlamışdım. Keçən ilin yayında olub, bunu indi yayırlar? Yayıblar, özləri bilsinlər. Camaatın işi, gücü yoxdur?”

Qeyd edək ki, avtosfer.az saytının məlumatına görə,  hadisə mayın 24-də, paytaxtın Landau küçəsində qeydə alınıb. Belə ki, Zaur Kamal idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı “Porsche” markalı avtomobillə Hüseyn Cavid parkının qarşısında (Vergilər Nazirliyinin qarşısında) ikinci cərgədə dayanaraq yolu zəbt edib. O, tanışı ilə yarım saata yaxın söhbət edərək dayanma-durma qaydasını pozub.