Bakı şəhərinin Qaradağ rayonundan Laçının Zabux kəndinə yola salının növbəti köç karvanı yurda çatıb.
Globalinfo.az xəbər verir ki, ailələrə evlərinin açarları Laçın şəhərində təqdim olunub.
***16:54
Bakı şəhərinin Qaradağ rayonundan Zabux kəndinə yola salının növbəti köç karvanı Laçına çatıb.
Globalinfo.az xəbər verir ki, Laçında ailələrə evlərin açarları təqdim edilib.
Bundan sonra köç karvanı Zabuxa yola düşəcək.
Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 30 ailə – 121 nəfər bu gün yurda köçürülüb.
***08:50
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 30 ailə – 121 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.