Yunanıstanın energetika naziri Azərbaycanda səfərdədir

Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekasın Azərbaycana səfəri başlayıb.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, yunan nazir səfər çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşəcək.

Kostas Skrekasın digər şəxslərlə də görüşü nəzərdə tutulub.