Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son 1 həftə ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 380 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 221 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 833 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 484 nəfər müalicə olunaraq sağalıb, hazırda 373 aktiv xəstə var. Bu günə qədər 10 332 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 856, bu günə qədər isə ümumilikdə 7 688 073 test icra olunub.

Eyni zamanda ölkədə son həftə ərzində 223 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.

Azərbaycanda son 1 həftədə 380 nəfər COVID-19-a yoluxub, 11 nəfər ölübAzərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb