Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 204 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 128, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 22 olub.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 30 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 095 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 558 nəfər müalicə olunaraq sağalıb, 10 222 nəfər vəfat edib, aktiv xəstə sayı 315 nəfərdir.

Ölkədə son sutka ərzində 833, hazırkı dövrədək isə 7 582 030 test aparılıb.

Azərbaycanda son sutkada 30 nəfər COVID-19-a yoluxub