Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 170 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 110, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 958 634, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 441, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 535, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 071 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 216 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, aktiv xəstə sayı 485 nəfərdir.

Ölkədə son sutka ərzində 1 321, hazırkı dövrədək isə 7 578 265 test aparılıb.

Azərbaycanda daha 62 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib