Yeni qərar: Türkiyədə tələbələr əyani, yoxsa distant təhsil alacaq?

Türkiyə universitetlərində əyani tədris 3 apreldən bərpa olunur.

Globalinfo.az xəbər verir ki,  bu barədə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özar mətbuat konfransı zamanı bildirib.

O, 2022-2023-cü il yaz sessiyasında tələbələrin istəyinə görə distant təhsilin də mümkün olacağını vurğulayıb.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələlər səbəbi ilə 17 fevral 2023-cü il tarixindən etibarən distant təhsil tətbiq edilirdi.