Yaxın illərdə Qarabağ Universitetində tələbə sayı… – Nazir

Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, 6 fakültə (pedaqoji, mühəndilik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, beynəlxalq münasibətlər) üzrə yeni tədris ilində ilkin mərhələdə 1 000 tələbə qəbulu olacaq.

E.Əmrullayev bildirib ki, əməkhaqqının orta göstəricidən artıq olması nəzərdə tutulur: “Bütün vakansiyalar barədə elan veriləcək. Xankəndi, Şuşa və Ağdamdan olan alimlərlə görüş keçirməyi düşünürük. Azərbaycandan kənarda yaşayan mütəxəssislərin də orada görməyi çox istəyirik”.