WhatsApp Image 2025 09 23 at 12.51.17

(Foto şərtidir)

Şirvan şəhərində bir yaşayış binası həm sakinlər, həm də ətrafdakı obyektlər üçün təhlükə mənbəyinə çevrilib. Belə ki, şəhərin Sahib Zeynalov küçəsindəki beşmərtəbəli binanın təməli dağılmaq üzrədir, betonlar yararsız hala düşüb, kolonlar çöküb, armaturlar əyilib.

Mütəxəssislər bu binanın çökə biləcəyini deyirlər.

Məsələ ilə bağlı Globalinfo.az FHN-ə sorğu ünvanlayıb.

Qurum məsələdən xəbərdar olduqlarını bildirib:

FHN-in aidiyyəti mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilir. Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: