Yaponiyada qeyri-adi zəlzələlər baş verdi

Yaponiyada ziddiyyətli xüsusiyyətlərə malik zəlzələlər baş verib.

Globalinfo.az xəbər verir ki, ölkənin Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin maqnitudası 4,4 olub ki, bu, orta ölçülü afterşoklar üçün tipik göstəricidir.

Lakin seysmik intensivliyin səviyyəsi Yaponiya şkalası üzrə altı olub ki, bu da adətən altı baldan yuxarı güclü zəlzələyə uyğun gəlir. Eyni zamanda hadisə yerində olan şahidlər orada güclü təkanların hiss olunmadığını vurğulayıblar. İstisna olunmur ki, məlumatların uyğunsuzluğu seysmoloqların avadanlıqlarında hansısa nasazlıqla bağlı ola bilər.

Qeyd edək ki, ardıcıl bir neçə gündür Yaponiyanın müxtəlif regionlarında güclü yeraltı təkanlar qeydə alınmaqdadır.