İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfərə çatıb.

***

İranda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 nəfər yaralanıb.

Bu barədə İSNA agentliyi məlumat yayıb.

***08:43

Zəlzələ nəticəsində yaralananların sayı 600-ə çatır.

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

***02:38

İranın Xoy şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 3-ə, yaralananların sayı isə 300-ü ötüb.

Globalinfo.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə bildirib.

***

Qərbi Azərbaycan əyalətinin Xoy mahalında baş verən zəlzələ nəticəsində dağıntılar qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İranworkers” tvitter hesabı məlumat yayıb.

Məlumatda yaralananların da olduğu bildirilib.

96042644 2f95 48f2 9bc7 1503f1829e0b

Paylaş: