İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Rəvançi öz “X” səhifəsində paylaşıb.
O, vəzifəsinə təyin olunduqdan sonra Ermənistan xarici işlər nazirinin Vaan Kostanyanla telefon danışığı zamanı beynəlxalq sərhədlərin pozulmazlığının İranın prinsipial mövqeyi olduğunu bildirib.
Rəvançi İrəvandan gələn dəvəti “xoş zəng” kimi xarakterizə edib.