Köç karvanı Xocalıda: açarlar təqdim olundu – FOTOLAR

Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalıya çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

Globalinfo.az xəbər verir ki, 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini doğma yurduna qovuşub.

Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr açarları sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

***14:05

Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Xocalıya çatıb.

Globalinfo.az xəbər verir ki, Xocalı 32 ildən sonra doğma sakinlərini qarşılayır. Bu gün 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini öz yurduna qovuşub.

Xocalı şəhərində coşqu ilə qarşılanan ailələr doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərin bir qrupu ilə görüşüb, onlara evlərinin açarlarını təqdim ediblər.

***09:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanı yola salınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki,Ş Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Xocalıya 24 ailə 88 nəfər köçürülüb.

Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib.

Xocalıya növbəti köç karvanı yola salınıb - FOTO Xocalıya növbəti köç karvanı yola salınıb - FOTO Xocalıya növbəti köç karvanı yola salınıb - FOTO