Xocalıda məşhur şirkətin maşını aşdı – FOTO

Xocalıda yük avtomobili aşıb.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Canaqçı kəndində qeydə alınıb.

Yük avtomobili havanın qarlı və yerin buzlu olması səbəbindən sürüşərək aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, “Sirab” şirkətinə məxsus, Sumqayıt şəhər sakini Elnur Fərəcovun idarə etdiyi “İsizu” markalı yük avtomobili Xocalı rayon ərazisində idarəetməni itirərək aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Xocalı RPŞ-də araşdırma aparılır.