“Xocəsən” stansiyası açılışa hazırlanır – RƏSMİ

“Bakı Metropoliteni”nin “Bənövşəyi” xətt üzrə qatarların hərəkəti müvəqqəti məkik prinsiplə təşkil edilir.

Bu barədə Globalinfo.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, gələcəkdə istismara hazırlanan “Avtovağzal-Xocəsən” sahəsində işarəvermə sistemlərinin sınaq-tənzimləmə işləri ilə əlaqədardır:”Bu, hələlik “Xocəsən” stansiyasının açılması deməkdir. Sınaq işlərinin yekunu və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək”.