Xankəndidə hərəkətlilik: ermənilərdən Şuşa aksiyasına həmlə

Sabah Xankəndidə ermənilərin mitinqi keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Azərbaycanın rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazisindəki separatçı, saxta rejimin “dövlət naziri” Ruben Vardanyan məlumat yayıb.

O, mitinqi 15:00-da təşkil edəcəklərini bildirib. Vardanyanın bəyanatından bu mitinqin ekoloqların Şuşadakı etiraz aksiyasına cavab olaraq keçirildiyi bəlli olub.

Qeyd edək ki, azərbaycanlı aksiyaçılar Laçın yolunda ekoloji terrora qarşı dinc aksiya keçirirlər. Onlar hətta Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri də bu aksiyaya qoşulmağa çağırıblar.

Zaira Akifqızı
Globalinfo.az