Xankəndidə gülünc vəziyyət: Araik onu qovdu

Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarətindəki ərazisində qurulmuş saxta, separatçı rejimin “rəhbər”i Araik Arutyunyan “xarici işlər naziri” David Babayanı “vəzifə”sindən azad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Babayanın “yerinə” isə Ruben Vardanyana yaxınlığı ilə seçilən Sergey Kazaryan təyin edilib.

Qeyd edək ki, Laçın yolunda etirazlar başladıqdan sonra separatçıların liderləri ilə bağlı gülünc vəziyyət yaranıb. Hadisələrin ilk günü İrəvanda olan Babayan Xankəndiyə qayıda bilməyib. Sonrakı dönəmlərdə Xankəndiyə giriş-çıxışla bağlı problemin olmamasına baxmayaraq, onun niyə İrəvanı tərk etmək istəməməsi sual olaraq qalır.

Aqşin
Globalinfo.az