Xankəndidə artıq bu xidmət yoxdur: sırada digər ərazilər var

Bu gündən etibarən Xankəndidə mütəmadi reyslər həyata keçirən avtobusların fəaliyyəti dayandırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Qeyd olunub ki, buna səbəb yanacaq çatışmazlığıdır. Artıq Nor Areş kvartalı istisna olmaqla, Xankəndidə heç bir istiqamət üzrə marşrut avtobusları fəaliyyət göstərməyəcək. Vəziyyətin dəyişməyəcəyi halda qarşıdakı günlərdə digər şəhərlərdə də analoji addımların atılacağı bildirilir.

Tahir Turan
Globalinfo.az