Erməni qız Xankəndi yolunda: “Azərbaycanlıların sayı artır” – VİDEO

Ermənilər Ağdam-Xankəndi yolunda vəziyyətin gərgin olduğunu iddia edirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə məhv edilən erməni terrorçularından birinin bacısı Armine Xaçatryan feysbuk hesabındakı canlı yayımda bildirib.

O deyib ki, yolun əks tərəfinə toplaşan azərbaycanlıların sayı artmaqdadır.

A.Xaçatryan Qarabağdakı ermənilərə müraciət edərək onları əraziyə çağırıb. Erməni qadın hansısa “təxribat”ın qarşısını almaqdan söz açıb.

Qeyd edək ki, Azərbaycan Qarabağdakı ermənilərə humanitar yardım göndərib. Separatçı rejim bu yardımın ermənilərə çatmasının qarşısını almağa çalışır.