Xankəndi təşvişdə: Arutyunyan qəribə addımlar atır

Azərbaycanlı ekoloqların Laçın yolunda keçirdikləri aksiya Xankəndidə təşvişi artırıb.

Globalinfo.az xəbər verir ki, Xankəndi şəhərindəki separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyan təcili geniş tərkibli “iclas” çağırıb. “İclas”da əsas müzakirə mövzusu son yaranmış vəziyyət və həlli yolları olub.

Bununla belə, Arutyunyanın “təhlükəsizlik şurası” yerinə geniş tərkibli “toplantı” çağırması sual doğurub. Üstəlik, “iclas”da terrorçu rejimin “dövlət naziri” Ruben Vardanyanın iştirak etməməsi də diqqət çəkib.

Qeyd edək ki, azərbaycanlı ekoloqlar dünəndən etibarən Qarabağdakı yataqlarda monitorinqin keçirilməsinə izn verilməsi tələbi ilə Laçın yolunu bağlayaraq, özlərinə çadırlar qurublar. Rusiya sülhməramlılarının rəhbəri Andrey Volkovu görüşə çağırmalarına baxmayaraq, rus general hələ də onların qarşısına çıxmayıb.

Zaira
Globalinfo.az