Separatçıların “bayrağı” buradan yığışdırıldı – Xankəndidə təşviş

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryanın Qarabağdakı oyuncaq rejimin saxta “bayrağı” ilə bağlı səsləndirdiyi fikirlər ölkədə, eləcə də Xankəndidə təşvişə səbəb olub.

Globalinfo.az xəbər verir ki, A.Xaçatryan Ermənistan məktəblərinin birinə yeni təyin olunmuş direktorun tapşırığı ilə separatçıların “əsgi parçasının” müəssisədən yığışdırıldığını deyib.

Ermənistanın elm, təhsil, mədəniyyət və idman nazirinin müavini Janna Andreasyan qurumun bundan xəbərsiz olduğunu bildirib:

“Bununla bağlı nazirlik hər hansı əmr verməyib. Sadəcə, Ermənistan bayrağının məktəblərdə düzgün yerləşdirilməsi tapşırılıb”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı bəyanatından sonra bu halın yaşanması erməni ictimaiyyətində ciddi narahatlıq doğurub.

Ayşən Mustafa
Globalinfo.az