Xalq artisti Zaurları məhkəməyə verəcək – Qəribə səbəb

Xalq artisti Zaur Rzayev qonaq olduğu televiziya proqramlarının birində tanınmışları məhkəmə ilə hədələyib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, o, efirdə olan Zaurları məhkəməyə verəcəyini açıqlayıb:

“Bir dəfə Zaur Kamaldan soruşdum adı sənə kim qoyub? Etiraf etdi ki, bibim. Zaur Baxşəliyevə dedim adın hardandır? Qəsdən soruşdum ki, görüm, etiraf edəcək. Cavab verdi ki, nənəm qoyub, sizi çox istəyirdi. Zaur Əmiraslanov da etiraf edib ki, sizdən gəlib. Bakıda məndən yaşlı Zaur yoxdur”.

Xatırladaq ki, bundan əvvəl Əməkdar artist Şəbnəm Tapdıq müğənnilər Şəbnəm Tovuzlu və Şəbnəm Qəhrəmanovanı adlarına görə məhkəmə ilə hədələyib.